Anbar xidmətimiz, onlayn ticarət platformalarının bağlamlarını saxlamaq, idarə etmək və çatdırılmasını təmin etmək üçün xüsusi olaraq təşkil edilmiş xidmətdir. Bu xidmət, onlayn mağaza sahiblərinin bağlamalarını müştərilərə sifariş edildiyi vaxt və ünvana çatdırmaq üçün təşkil edilir. Həmçinin anbarlar, oğurluq, zərər və digər təhlükələrdən qorunmaq üçün təhlükəsizlik tədbirləri ilə təmin olunur. Bu, müştərilərin bağlamalarının qorunmasına və sifarişlərinin müvafiq vaxtda çatdırılmasına kömək edir.
YUNİCO şirkəti sizə malların anbardan çıxarılması və çatdırılması üçün daşınma və yükləmə xidmətləri də təklif edir. Həmçinin müştərilərə anbar sahələri üçün müxtəlif qiymətləndirmə seçimləri təqdim edirik. Bu, online mağazaların büdcə və tələblərinə uyğun anbar xidməti seçməyə kömək edir.